İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda müəllimin açıqlaması valideynlər arasında ÇAŞĞINLIQ YARADIB - VİDEO

Söküntü ilə əlaqədar Xırdalan şəhərində yerləşən 8 nömrəli məktəbin şagirdləri bu ilin yanvarından dərslərini Masazırdakı təhsil müəssisələrinin birində davam etdiriblər.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, şagirdlərin daşınması üçün nəqliyyat xidməti göstərilib. Valideylərin iddialarına görə, müəllimlərdən biri onlara məlumat verib ki, sentyabrdan etibarən onlar övladlarını özləri Masazıra aparmalı olacaqlar. Yəni nəqliyyat xidməti dayandırılıb.

Valideynlərin sözlərinə görə, məsafənin əlverişsiz olması onları çıxılmaz vəziyyətə salıb. Hətta uşaqlarının hansı məktəbdə təhsil alacaqlarını belə bilmirlər.

Məsələ ilə bağlı Abşeron -Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, 8 nömrəli məktəbin şagirdləri bu il təhsillərini Xırdalandakı 11 nömrəli məktəbdə davam etdirəcəklər. Təhsil müəssisələri arasındakı məsafə üçün nəqliyyat xidmətinə ehtiyac yoxdur.

Səbinə Məmmədova bildirib ki, şagirdlərin əvvəlki məktəbi ilə indiki arasındakı məsafə 1 kilometr təşkil edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR