İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda həyəcanlı anlar: Yeniyetməni yanan binadan son anda çıxardılar - VİDEO

Xırdalanda çoxmərtəbəli binada baş verən yanğınla bağlı sakinlər ərazidən təxliyə edilib.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən sakinlərin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilərək, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Görüntülərdə xilasedicilərin fiziki məhdudiyyətli şəxsin binadan çıxarılması da əksini tapıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR