İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi" dünya üçüncüsü olan baş məşqçiyə 2 ŞƏRT İRƏLİ SÜRDÜ

Roman Qriqorçukla yollarını ayıran "Neftçi" baş məşqçi axtarışlarını davam etdirir.

"ESH Spor"dan bildirilib ki, Bakı klubu Abdulla Avcıya təklif göndərib. 61 yaşlı çalışdırıcı Bakı klubundan düşünmək üçün vaxt istəyib.

Onun Səudiyyə Ərəbistanı klublarından da təklif aldığı bə qısa zamanda qərarını verəcəyi deyilir.

Redaksiyamıza daxil olan informasiyaya görə, «ağ-qaralar» türkiyəli mütəxəssislə ilyarımlıq müqavilə təklif edib.

İlk şərt cari mövsümün sonunda komandaya avrokuboklara vəsiqə qazandırmaqdır. Növbəti sezonda isə hədəf birbaşa çempionluqdur.

2000-ci ildə məşqçi karyerasına başlayan Abdulla Avcı indiyədək "İstanbulspor" (əsas və U-21 komandaları), "Qalatasaray" (A2), "Başakşəhər", "Beşiktaş" və "Trabzonspor" klublarını, həmçinin Türkiyənin U-17 və əsas millilərini çalışdırıb.

Klub karyerası ərzində o, 3 kubok qazanıb. Belə ki, "Trabzonspor"la 2021/22 mövsümündə Türkiyə Super Liqasının, 2020 və 2022-ci illərdə Super Kubokunun qalibi olub. Həmçinin "Qalatasaray"ın A2 komandasını 2005-ci ildə çempion edib.

Mütəxəssis Türkiyənin U-17 millisi ilə 2005-ci ildə Avropa çempionatının qalibi edib. Həmin il onun komandası dünya çempionatında 3-cü olub.

"Neftçi" cari mövsümdə Premyer Liqada qələbə qazanmayıb. Keçirdiyi 9 oyunda 5 heç-heçə edən və 4 dəfə uduzan komanda 5 xalla 9-cu pilləni tutur.

Sonuncu turda "Kəpəz"ə məğlubiyyətdən sonra ukraynalı baş məşqçi Roman Qriqorçuk istefaya göndərilib. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR