İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN son hadisələrlə bağlı TƏCİLİ MƏLUMAT YAYDI

Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsini aradan qaldırmaq üçün qüvvələrini birləşdirməlidir.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində bildirib.

"Ermənistanın basdırdığı minalar Azərbaycanda günahsız dinc insanların həyatına təhlükə yaratmaqda davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs növbəti mina partlayışının qurbanı olub. Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini verməkdən imtina etməsi genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də məcburi köçkünlərin qayıtması prosesini ləngidir, regionda sülhün bərqərar olması səylərini sarsıdır", - XİN-in paylaşımında deyilir.

Qeyd edək ki, Tərtərdə və Ağdamda mina partlayıb, ümumilikdə 4 nəfər xəsarət alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR