İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN rəhbərləri Ər-Riyadda Suriya üçün toplanıb

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı müzakirələrə başlayacaq.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaja Kallas jurnalistlərə bildirib. O, bildirib ki, Aİ xarici işlər nazirləri yanvarın sonunda Dəməşqə qarşı sanksiyaların ləğvini də müzakirə edəcəklər.

Qeyd edək ki, Ər-Riyadda Suriya ilə bağlı geniş tərkibdə toplantı keçirilir və burada digər məsələlərlə yanaşı, Əsədin hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi müzakirə olunacaq.

Avropa İttifaqının xarici işlər nazirləri Suriyayaqarşı sanksiyaların ləğvini müzakirə etmək üçün isə ayın sonunda Brüsseldə görüşəcəklər.
Ər-Riyadda Suriyanın keçid hökumətinin yeni rəhbəri Əsəd Həsən əl-Şibani ilə iclasda Almaniya, Böyük Britaniya və Türkiyə, BƏƏ, Livan, Küveyt və Misirin XİN rəhbərləri, həmçinin, BMT-nin Suriya üzrə xüsusi elçisi Geir Pedersen iştirak edir. İclasa Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud sədrlik edir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR