İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN başçısı: "Ermənistanda aksiyaları təşkil edənlər ölkəni hazırkı uçurum vəziyyətinə gətirənlərdir"


“Məsələnin görünən tərəfi odur ki, etiraz aksiyalarını təşkil edən şəxslər məlumdur. Onlar uzun illər ərzində erməni xalqına yalan vədlər verən və ölkəni hazırkı uçurum vəziyyətinə gətirən şəxslərdir".

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında son günlər Ermənistanda baş verən prosesləri şərh edərkən deyib.

Onun sözlərinə görə, həmin şəxslər Qarabağ mövzusunu yenidən gündəmə gətirməklə aktuallıqlarını qorumaq istəyirlər. Biz baş verən prosesləri izləyirik. Həmin qüvvələrə ictimai dəstəkdən söhbət gedə bilməz. Onların arxasınca gedənlər ən yaxşı halda 5-6 min nəfərdir. Artıq xalq onların yalan vədlərinə inanmır".\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR