İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxananın önündə intihara cəhdin qarşısı alınıb

Ucar xəstəxanasının qarşısında intihara cəhdin qarşısı alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.

O bildiirb ki, dekabrın 10-da Ucar rayon sakini O.Ələkbərov Rayon Mərkəzi Xəstəxanasının qarşısında üzləşdiyi problemlə bağlı özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan Ucar Rayon Polis Şöbəsinin (RPŞ) PPXB-nin əməkdaşları tərəfindən alınıb və vətəndaş polis şöbəsinə gətirilərək problemləri dinlənilib.

O.Ələkbərovu narahat edən məsələ ilə bağlı RPŞ-nin Təhqiqat Bölməsində ilkin araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR