Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Tekirdağ vilayətində bir şəxs təcili yardımla xəstəxanaya gətirdiyi xərçəng müalicəsi alan atasına baxılmadığı üçün tibb işçisini döyüb.
Musavat.com xəbər verir ki, sözügedən hadisə dekabrın 20-də Çerkezköy Dövlət Xəstəxanasında baş verib.
Hadisə anı təhlükəsizlik kameralarına saniyə-saniyə əks olunub. Polis və xəstəxananın təhlükəsizlik xidməti davaya müdaxilə edib.
Hadisədən sonra saxlanılan H.A. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Dava zamanı yüngül xəsarət alan tibb işçisi H.A-dan şikayət ərizəsi yazıb.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ