İnsanlara hürriyət, millətlərə istiqlal!

Xerson atəşə tutuldu, yaralılar var

Rusiya ordusu Xerson vilayətinin Belozerka bölgəsini atəşə tutub, nəticədə 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqramda bildirib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov bildirib ki, Xerson, Zaporojye və Xarkov vilayətlərində vəziyyət mürəkkəbdir.

Qeyd edək ki, ötən gün Rusiya Silahlı Qüvvələrinin Xerson şəhərini atəşə tutması nəticəsində 2 nəfər ölüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR