Onlayn ictimai-siyasi qəzet
Salyan rayonunda 2006-cı il təvəllüdlü Rəvan yetkinlik yaşına çatmayan Ramiləyə (adlar şərti verilib – red.) təcavüz edib.
Salyan rayon sakini Rəvan şəxsən tanıdığı və əqli gerilik, davranış pozğunluğundan əziyyət çəkən Ramilə ilə intim münasibətdə olub.
Rəvan Ramilənin xəstəliyindən istifadə edib və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Belə ki, Rəvan 2020-ci ilin yay fəsli ərzində istintaqa dəqiq məlum olmayan aylarda və günlərdə 2 dəfədən artıq olmaqla ayrı-ayrı vaxtlarda Salyan rayonunun kəndi ərazisində təbii relyefinə görə kənar şəxslər tərəfindən görülməsi məhdud olan, heç kimin olmadığı, “Aerodrom” və “Neftyannik” deyilən ərazilərdə Ramilə ilə intim əlaqədə olub.
Rəvan sonuncu dəfə 2020-ci ilin oktyabr ayında Ramiləni “Aerodrom” deyilən yerdə əkin sahəsinin kənarına aparıb. Orada onunla cinsi əlaqədə olub və daha sonra isə digər seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
“Məni bu işə Əkbər məcbur edirdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Əkbər adında çoban zəng edib və onu sahəyə çağırıb: “Mənə dedi ki, gəl, burda qız var, onunla cinsi əlaqədə ol. Gedəndə gördüm ki, Ramilə Əkbərin yanındadır. Həmin vaxt 2020-ci ilin iyul ayı idi və Ramilənin 13 yaşı olub. Əkbər dedi ki, get, dərədə Ramilə ilə cinsi əlaqədə ol. Həmin vaxt Ramilə öz istəyi ilə Əkbərin yanına gəlirdi. Məni bu işə Əkbər məcbur edirdi. Ramilənin xəstə olmasını dəqiq bilmirdim. Axır vaxtlar kənddə qışqıra-qışqıra gəzməsindən bildim ki, o, xəstədir. O zaman da onunla əlaqələri qurtarmışdım”.
“5 dəfə intim münasibətdə olmuşam”
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. Həmin ifadədən görünür ki, 2020-ci ilin yay aylarından başlayaraq hər dəfə qeyri-təbii yolla Ramilə ilə bir neçə dəfə intim münasibətdə olub: “Sonuncu dəfə də 2020-ci il oktyabr ayında Ramilə ilə mobil telefon vasitəsilə əlaqə saxlamışam və təxminən 2-3 gün sonra otlaq sahəsində heyvan otardığım vaxt Ramilə yenə də həmin yerə gəlib. Mənə yaxınlaşdı və “gəl, yenə eləyək” dedi. Ramilə təkid etdiyi üçün razılaşdım. Ramilə ilə ümumilikdə 5 dəfə intim münasibətdə olmuşam. Sonuncu dəfə isə 2020-ci ilin oktyabr ayında intim münasibətdə olmuşuq. Ramilənin həmişə qəribə hərəkətlər etdiyini görmüşəm və əqli qüsurlu olduğunu bilmişəm”.
“Məcbur etdi ki, Rəvanı sev”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ramilənin sözlərinə görə, Əkbərin təkidi ilə Rəvanın yanına gedib: “Əkbər deyirdi ki, getməsən, elədiyin hərəkətləri dayına deyəcəm. Mən də qorxumdan getmişəm. 5-6 dəfə münasibətlərimiz olub. Əkbər mənə deyirdi ki, get, Rəvanla sevgili ol. Bir gün sonra Rəvan gəldi. Mən həmin vaxtlar məktəbə getmişdim. Rəvanın mənim xəstə olduğumu bilib-bilməməsindən məlumatlı deyiləm. Rəvanla 5-6 dəfə əlaqədə olmuşam. Onunla həm təbii, həm də qeyri-təbii yolla intim münasibətə girmişəm. Əkbər məni məcbur etdi ki, Rəvanı sev, mən də onu sevmişəm”.
“Havanın necə olmasını xatırlamıram”
Zərərçəkmiş qeyd edib ki, 2020-ci ilin yay aylarında Rəvanla dəfələrlə cinsi əlaqədə olub: “Rəvan mənə zor tətbiq etməyib. Rəvandan xoşum gəldiyi üçün onunla əlaqədə olmuşam. 2020-ci ilin oktyabr ayında Rəvanla cinsi əlaqədə olmağımı xatırlamıram. Oktyabr ayında Rəvanla münasibətdə olmağım barədə polisə nəsə dediyimi xatırlamıram. 2020-ci ildə yay aylarında Rəvandan başqa Müslüm və Fərmanla da cinsi əlaqədə olmuşam. Rəvanla cinsi əlaqədə olan zaman əynimdə hansı paltarların olmasını, havanın necə olmasını xatırlamıram”.
Rəvanın barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəvanın əməli sübuta yetirilməyib. Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Rəvana Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə bəraət verilib.
Bu qərardan dövlət ittihamçısı narazı qalıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini, onun barəsində ittihamedici hökm çıxarılmasını istəyib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib, ona cinayət qanunvericiliyinin normalarına uyğun cəza təyin edilməsini, yeni ittiham hökmü çıxarılmasını xahiş edib.
Dövlət ittihamçısının protestinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Protesti araşdıran hakimlər heyəti təqsirləndirilən şəxsin barəsində olan bəraət hökmünü ləğv ediblər, onun barəsində ittihamedici hökm çıxarıblar.
Yeni hökmə əsasən Rəvanın barəsində 8 il azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından həbs edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, cinayət işində adı keçən Əkbərin barəsində olan cinayət işinə ayrıca icraatda baxılıb. Məhkəmə tərəfindən azyaşlı qıza təcavüz edən bu şəxsə də ağır cəza verilib./Teleqraf
02 Iyul 2025
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ