Onlayn ictimai-siyasi qəzet
Qaxda gölə düşən traktorun sürücüsü ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qıpçaq kəndində baş verib.
Belə ki, kənd sakini Adil İsaq oğlu Bayramov sahədə iş görən zaman traktorla birlikdə gölə düşüb. Traktordan çıxa bilməyən sürücü boğularaq ölüb.
A.Bayramovun meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
02 Iyul 2025
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ