Onlayn ictimai-siyasi qəzet
Yekaterinburqda saxlanılan Şahin Şıxlinski Səfərov qardaşları ilə bağlı aparılan cinayət işi üzrə şahid qismində tanınıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı onun oğlu Mütvəli Şıxlinski yayıb.
O bildirib ki, atasının istintaqla əməkdaşlıq etdiyi və hazırda şahid statusunda olduğu təsdiqlənib. Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməsə də, ailə Şahin Şıxlinskinin günahsız olduğunu və tezliklə azadlığa buraxılacağına ümid etdiklərini bildirib.
Qeyd edək ki, Rusiyanın Ural vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskı saxlanılıb.
Musavat.com-un məlumatına görə, Şahin Şıxlinski Yekaterinburqda "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında Rusiya hüquq-mühafizə orqanları tərəfindən oğlu ilə birlikdə saxlanılıb. Onun oğlu Mütvəli Şıxlinski daha sonra sərbəst buraxılıb.
Musavat.com
02 Iyul 2025
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ