İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mənə işimlə əlaqəsi olmayan təxribatçı suallar verdilər” - Rusiyada jurnalistin hücum etdiyi azərbaycanlı

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı qadın KRİK-TV”nin əməkdaşı Aleksey Kuznetsovun hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, A.Kuznetsov Yekaterinburqdakı “Baku Plaza” ticarət mərkəzində yerləşən “Nar&Sharab” restoranında çalışan Telli adlı xanımın əlindən tutaraq onu küçə boyu sürükləməyə başlayıb, xəsarət yetirib, daha sonra isə pencəyindən yapışaraq yerə yıxmağa cəhd edib. Hadisə Rusiya Milli Qvardiyasının əməkdaşlarının gözü qarşısında baş verib və müşahidə kameralarına düşüb. Telli adlı xanım başına gələnləri AzTV-yə danışıb:

"Saat 11: 45 - də mən iş yerimə gəldim. Adətən tez gəlirəm ki, hazırlıq görüm və restoranı saat 12-də açım. Yaxınlaşanda bir qrup jurnalistin burada dayandığımı gördüm. Onlar yan qapıdan içəri girməyə çalışırdılar. Mən onlara bildirdim ki, restoran saat 12- də açılır, 1 dəqiqə də tez aça bilmərəm. Onlar mənə qulaq asmadılar və işimlə əlaqəsi olmayan təxribatçı suallar verdilər. Mən onlara vəziyyəti izah etdim və dedim ki, heç cür kömək edə bilməyəcəm".

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR