İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyandan Paşinyana DƏSTƏK

Ermənistan parlamentinin spikeri Alen Simonyan baş nazir Nikol Paşinyanın ölkədə xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınmış şəxslərin fəaliyyət göstərdiyinə dair səsləndirdiyi fikirlərə dəstəyini ifadə edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli jurnalistlərlə söhbətində danışıb.

Spikerin fikrincə, bu şəxslər ölkənin təhlükəsizliyi üçün birbaşa təhdid yaradırlar. Bununla belə, Simonyan konkret adlar çəkməkdən imtina edib.

“Siz ciddi şəkildə düşünürsünüzmü ki, hansısa siyasi xadim ad çəkəcək? Siyasətçi əlində sübutlar olmadan belə bir məsələ barədə danışa bilməz”, - deyə o qeyd edib.

Bununla yanaşı, Simonyan xarici təsir agentlərinin mövcudluğuna əmindir. Onun sözlərinə görə, bu barədə birbaşa ölkənin baş naziri danışırsa, deməli, məsələ ciddi əsaslara malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR