Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Pskov Dövlət Universitetinin alimləri Maşerov adına Vitebsk Dövlət Universitetindən olan həmkarları ilə birlikdə "Prioritet 2030" proqramı çərçivəsində qadınlarda uşaqlıq boynu xərçəngini müəyyən edən ilk Rusiya-Belarus neyron şəbəkəsini yaradıblar.
Pskov Dövlət Universitetinin elmi işlər üzrə prorektoru Taras Antal bildirib ki, bu, region üçün son dərəcə aktual mövzudur, çünki patologiya Pskov vilayətində ən çox yayılmış xərçəng xəstəliklərindən biridir.
Alim neyron şəbəkənin regionun aparıcı tibb müəssisəsi olan Pskov vilayətinin onkoloji mərkəzində istifadə olunacağına da aydınlıq gətirib. Həkimlər diaqnozların dəqiqliyini artırmaq üçün bu sistemdən istifadə edə biləcəklər.
Onun sözlərinə görə, bu süni intellekt üzrə yüzdən çox patoloji dəyişikliklər artıq işlənib, daha bir neçə yüz toxuma bölməsi öyrəniləcək. Odur ki, yaxın gələcəkdə sistem digər xərçəng növlərini də aşkarlaya biləcək.//Oxu.az
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ