Onlayn ictimai-siyasi qəzet
“Beverly Hills 90210” serialında canlandırdığı obrazla məşhurlaşan aktrisa Şannen Doherti boşanır.
Axşam.az xəbər verir ki, aktrisa 11 illik həyat yoldaşı fotoqraf Kurt İsvarinko ilə ayrılmaq qərarı alıblar.
Bu barədə Dohertinin rəsmi nümayəndəsi açıqlama verərək məlumatı təsdiqləyib. Cütlüyün artıq yanvardan ayrı yaşadığı ortaya çıxıb.
Qeyd edək ki, Doherti və İsvarinko 2011-ci ilin oktyabrında evləniblər. Aktrisaya 2015-ci ildə döş xərçəngi diaqnozu qoyulub. Xəstəlikdən sağalsa da, 2020-ci ildə o, xərçəngin dördüncü mərhələdə qayıtdığını açıqlayıb.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ