İnsanlara hürriyət, millətlərə istiqlal!

XƏBƏRDARLIQ! Yaşıl komet sürətlə Yer kürəsinə yaxınlaşır - Fevralın 2-də...

Parlaq yaşıl komet 50.000 ildən sonra ilk dəfə Yer kürəsinə yaxınlaşır.

Musavat.com-un xəbərinə görə, NASA rəsmiləri bildiriblər ki, buzlu ulduz ilk dəfə 2022-ci ilin martında Yupiter ətrafında fırlanarkən müşahidə edilib.

Səma cismi Şimal yarımkürəsindəki dünəndən etibarən durbinlə kiçik yaşıl parıltı kimi görünə bilər.

NASA-nın hadisə bağlı açıqlamasında bildirilir ki, komet eyni şəkildə parlamağa davam edərsə, onu adi gözlə görmək mümkün olacaq.

Alimlər qeyd edirlər ki, C/2022 E3 (ZTF) səma adı ilə sənədləşdirilmiş göy cismi fevralın 2-də Yerə ən yaxın nöqtədə - 42 milyon kilometr məsafədə olacaq.

Astrofotoqraf Den Bartlett BBC-yə açıqlamasında bildirib ki, yanvar ayı ərzində Şimal yarımkürəsində teleskop olmayan müşahidəçilər kometin solğun yaşıl işığını, teleskopu olanlar isə kometin quyruğunu da görə biləcəklər.

Səma cismi Cənub yarımkürəsində isə fevral ayında görünəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR