İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xəbər sızdırılmasına son qoyulmalıdır!” –Bayden ABŞ kəşfiyyatına xəbərdarlıq etdi

“Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasına dair xəbərlərin sızdırılmasına son qoyulmalıdır”.

Azpost.info xəbər verir ki, “NBC News” bunu ABŞ prezidenti Co Baydenə istinadən yazır.

Bayden bu iradını ABŞ-ın kəşfiyyat və müdafiə orqanlarının yüksək vəzifəli rəsmiləri ilə söhbəti zamanı dilə gətirib. O əlavə edib ki, bu xəbərlərin sızdırılması Vaşinqtonu məqsədindən yayındırır.

Söhbət, ABŞ kəşfiyyatının Ukraynaya yardım göstərməsi ilə bağlı xəbərlərdən gedir. Son belə xəbərdə bildirilirdi ki, ABŞ Kiyevə “Moskva” kreyserinin koordinatlarını ötürüb və çox keçmədən gəminin göyərtəsində yanğın başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR