İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici ölkələrdə İrandakı etiraz aksiyalarına bu cür dəstək verildi

 

Xarici ölkələrdə İrandakı etirazlara dəstək aksiyaları keçirilib.

Musavat.com xəbər verir ki, Danimarkada yaşayan iranlılar Kopenhagendə İrandakı xalq etirazlarına dəstək aksiyası keçiriblər.

Almaniyanın Kassel şəhərində yaşayan iranlılar İrandakı xalq etirazlarının repressiv hökumət tərəfindən zorakılıqla dağıdılmasına etiraz məqsədilə aksiya keçirib.

İtaliyanın Piacenza şəhərində yaşayan iranlılar İrandakı xalq etirazlarına dəstək yürüşü  təşkil ediblər. Yürüşdə deputatlar, bələdiyyə sədri və şəhərin məhkəmə işçiləri də iştirak edib. Yürüş iştirakçıları “İrana azadlıq” şüarı yazılmış plakat və Xameneyinin sifəti qan rənginə boyanmış baneri ilə İran rejiminin qaniçən olduğunu nümayiş etdiriblər.

Avstraliyanın Sidney şəhərində yaşayan iranlılar İranda etirazçıların hökumət tərəfindən edam edilməsinə qarşı səssiz aksiya keçirib.

İstanbulda yaşayan iranlılar molla rejiminə qarşı xalq etirazlarına dəstək aksiyasına qoşulublar. Aksiya iştirakçılarından biri müsahibəsində deyir: “Mən bir türkəm. İrandakı inqilaba Türkiyənin də dəstəyi vacibdir. Çünki, dünyəviliyi və azadlığı qorumaq üçün Türkiyə və İran ziyalılarının birliyi vacibdir. Yaşasın sekulyarizm, ölüm olsun İslam Respublikasına!”.

Ermənistanda yaşayan iranlılar da İranın İrəvandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları İrandakı xalq etirazlarına dəstək veriblər. İştirakçılardan biri deyib: “İrəvandakı müvəqqəti İslam Respublikasının səfirliyi qarşısında etiraz aksiyası!”.

Macarıstanda yaşayan iranlılar Budapeştdə İslam Respublikası səfirliyinin önünə toplaşaraq  səfirliyinin bağlanmasını tələb ediblər.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR