İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdən gələn naməlum zənglər - telefon nömrələrimiz necə ələ keçir...

Ekspert: “O şirkətlərin əksəriyyətinin arxasında erməni iş adamları dayanır, ona görə də...”

“Bir müddət öncə məlumat yayılmışdı ki, ”yandex.kz" domeni Qazaxıstanda qapadılıb. Bu, Rusiyada taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin datalarının Federal Təhlükəsizlik Xidməti (FTX) üçün tam açıq olması haqqında hökumətin qərarı açıqlanandan sonra baş vermişdi. Qərar 1 sentyabrdan qüvvəyə minəcək".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” səhifəsində yazıb. Ekspert bildirib ki, “data” dedikdə taksi xidmətlərindən istifadə edən vətəndaşların telefon nömrələri, e-poçt ünvanları, İP ünvanları, bank məlumatları, gündəlik taksi sifariş verdiyi ünvanlar və s. nəzərdə tutulur: “Xatırladıram ki, Qazaxıstanda ”Yandex.taxi" fəaliyyət göstərir, güman ki, Qazaxıstan hökuməti də öz vətəndaşlarının fərdi məlumatlarına FTX-nin girişinin qarşısını almaq üçün “Yandex.kz”ni qapatmaq qərarına gəlmişdi. İndi baxıram ki, ötən gün “Yandex” serverlərinin Qazaxıstana köçürülməsi ilə bağlı məlumatlar yayılıb. Qazaxıstan rəsmiləri bunu təsdiqləyib. Düşünmək olar ki, Yandex Qazaxıstan bazarını itirməmək üçün Qazaxıstanla bağlı datanı bu ölkəyə daşımaq məcburiyyətində qalıb".

O.Gündüz xatırladır ki, Azərbaycan bazarında 5 xarici investisiyalı taksi şirkəti fəaliyyət göstətir:

Uber (Rusiya, bu brendin MDB-də sahibi “Yandex”dir)

Yango (Rusiya, Yandex)

Bolt (Estoniya)

Maxim (Ukrayna)

Uklon, (Azərbaycan, Umico, PAŞA Holdinq)

“Görəsən, bu şirkətlər serverlərini Azərbaycana köçürəcəklərmi”, - ekspert sual edir.

Yeni nazir Rəşad Nəbiyev kimdir? - "İki sahil"

Rəşad Nəbiyev

Osman Gündüz xatırladır ki, bir müddət öncə nazir Rəşad Nəbiyev, müavinləri və AYNA-nın sədri “Bolt” şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirmişdilər: “Görüşdə diqqət yetirilən məsələlərdən biri də vətəndaşların fərdi məlumatlarının qorunması, xarici taksi şirkətlərinin datasının Azərbaycanda saxlanması olmuşdu. Eyni zamanda, RİNN bu data məsələsi ilə bağlı öncədən bir rəsmi açıqlama da yaymışdı. Xatırladıram ki, Azərbaycanda ”Fərdi məlumatların qorunması haqqında" yeni qanun layihəsi də hazırlanıb.  Azərbaycanda vətəndaşların fərdi məlumatlarının qorunması sahəsində səlahiyyətli qurum RİNN-dir. Son zamanlar taksi bazarında addım-addım baş verənlərdən sonra belə qənaətə gəlmək olar ki, RİNN bu məsələlərdə çox israrlıdır. Düşünmək olar ki, xarici taksi şirkətləri müəyyən müddətdən sonra datalarını Azərbaycana da miqrasiya edəcəklər".

Qeyd edək ki, xarici taksi şirkətləri tərəfindən müştərilərin məlumatlarının ötürülməsi ilə bağlı məsələ son günlər geniş müzakirə olunmaqdadır.  Xüsusən də “Yandex Go” və ya Rusiya xaricində “Yango” kimi tanınan “Yandex” taksi xidmətinin xarici istifadəçilərin məlumatlarını Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) ötürülməsi ilə bağlı. Sentyabrın 1-də qanun qüvvəyə minəcəyi haqda informasiyanın yayılması bu müzakirələri daha da qızışdırıb.

Onu da əlavə edək ki, bu günlərdə “Yanqo” taksi xidməti şirkətin məlumat bazalarına xüsusi xidmət orqanlarının çıxışının olub-olmaması ilə bağlı mətbuat üçün açıqlama verib. Şirkətdən daxil olan məlumatda bildirilir ki, Rusiya hüquq-mühafizə orqanları Azərbaycanda istifadəçilərin səfər məlumatlarına daxil ola bilmir.

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a danışıb: “Şəxsi məlumatların qorunması haqqında  qanunvericiliyə görə həmin şirkətlər vətəndaşların məlumatlarını  üçüncü şəxsə ötürə, paylaşa bilməz. Bu  qanunla qadağandır və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də taksi operatorlarına bu barədə xəbərdarlıq edib, dəfələrlə onlara informasiya xarakterli təlimlər keçirib. Hətta tələblər də qoyulub ki, bu cür hərəkətlərdən çəkinsinlər, əks halda İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələrlə üzləşəcəklər.  Qeyd edim ki, bununla bağlı kifayət qədər cərimələr, ağır sanksiyalar nəzərdə tutulub.

Məlum olduğu kimi, “Yandex”, “Yango”, “Uber” kimi şirkətlərin arxasında erməni mənşəli iş adamları da var. Yəni bu  o deməkdir ki, təhlükə hər an ola bilər. Ermənin də erməniliyi nə zaman tutacaq məlum deyil. Yəni bu baxımdan çox diqqətli olmaq lazımdır. Vətəndaşlar belə hallar müşahidə etdikdə  dərhal aidiyyəti üzrə məlumat verməlidir.

Hesab edirəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsəlinin üzərində ciddi dayanıb və aidiyyəti üzrə xüsusi xidmət orqanlarımız, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti (DTX)  bu məsələlərdə boş dayanmır. Bir sözlə, bu məsələlər nəzarətdə saxlanılır".

Ekspert qeyd edib ki, xarici taksi şirkətləri kiçik bir qayda pozuntusuna  yol verərlərsə, dərhal onların ölkədən qovulma məsələsi gündəmə gəlməlidir: “Onlara ikinci şans verilə bilməz. Yəni məsələyə bu dərəcə həssas  yanaşlılmalıdır. Bəzən vətəndaşlar müraciət edirlər ki, xarici ölkələrdən tanımadığı şəxslərdən, nömrələrdən onlara zəng gəlir. Bu məsələlərin üzərinə  getmək lazımdır ki, vətəndaşlarımızın telefon nömrələri xaricdə hansısa dələduzların, işbazların əlinə necə keçir, onlara necə zəng edir, necə olur ki, ”Vatsapp"a yazır, məhsul  təklif edirlər və sairə. Yəqin ki,  qanunlar, xəbərdarlıqlar çıxana qədər həmin şirkətlər müəyyən işlər görüblər. Bunu dünya təcrübəsində görmüşük,  xüsusi xidmət orqanlarının tarixində də var ki, bir ölkəyə başqa adla girə bilməyəndə iş adamı və digər başqa adlarla girirlər.  Ola bilsin ki, bu şirkətlərin içində hansısa dövlətə və yaxud dövlətin xüsusi xidmət orqanlarına birbaşa bağlı şirkətlər var. Burada əsasən pul qazanmaq  maraqlarında deyil, sadəcə vətəndaşların informasiyalarının bazasını toplayırlar. Hətta yeri gələndə başqa əməllərlə itirdiyi pulların əvəzini çıxa bilirlər. 

Bu baxımdan bir daha qeyd edirəm ki, son dərəcə diqqətli olmaq lazımdır. Əlbəttə ki, xarici taksi şirkətlərinin ölkəmizdə fəaliyyəti qadağan deyil, amma hesab edirəm ki, əvvəlki qayda daha yaxşı idi. Yəni ulduz, 4 rəqəmi yığıb, taksi sifariş edirdin, vəssalam. İndi isə yeni sistem çıxıb, gərək qeydiyyatdan keçəsən, şəxsi məlumatlarını yerləşdirsən. Kim  zəmanət verə bilər ki, sənin şəxsi məlumatları başqa yerə ötürülmür".

Özbəkistanın avtomobil sənayesində kifayət qədər təcrübəsi var – Elməddin  Muradlı (Özəl) - Azer.Press

Elməddin Muradlı

Elməddin Muradlı qeyd edib ki, nazir Rəşad Nəbiyev bu məsələ ilə bağlı nəinki “Bolt”,  həmçinin digər şirkətlərin rəhbərləri ilə görüşüb, bu mövzuda müzakirələr aparıb: “Nəinki ”Bol" həmçinin “Uber”, “Yandex”, “Yango”-nun da rəhbər şəxsləri ilə görüşlər keçirilir, onlara da xəbərdarlıqlar olunub.  Sözsüz ki, əməkdaşlıq məsələləri də müzakirə olunub, çünki o şirkətlər Azərbaycan qanunlarını qəbul etmək istəmirdilər, müxtəlif  manipulyativ hərəkətlərlə cəmiyyəti inandırmağa çalışırdılar ki, dövlət tərəfindən taksi şirkətlərinin fəaliyyətinə nəzarət olunmamalı, bu sahə sərbəst buraxılmalı və onlar da istədikləri kimi “at oynatmalı”, xaos yaratmalıdırlar. Onlar bir müddət buna çox çalışdırılar, lakin nazirliyin sərt reaksiyası ilə üzləşdilər. Nazir Rəşad Nəbiyev onların rəhbərləri ilə şəxsən görüşdü və bütün fikirlər açıq şəkildə deyildi ki, sizin iki yolunuz var: ya  Azərbaycan qanunları ilə işləyəcəksiniz, ya da ölkəni tərk edəcəksiniz. Onlar da çox yaxşı bilirlər ki, bir neçə ölkədən qovulduqları kimi, Azərbaycandan qovula bilərlər və onların qovulması an məsələsidir. Beləliklə, onlar artıq öz dərslərini alıblar. Doğrudur, yenə də müəyyən oyunlardan çıxırlar, hər halda, dövlətin qoyduğu qayda-qanunlarla işləməyə başlayıblar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR