İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndiyə aparılan yüklə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Ağdam-Əsgəran və Laçın yolu ilə göndərdiyi yük maşınları Xankəndidədir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə BQXK-nin Xankəndidəki “ofisi”nin (?! - red.) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eteri Musaelyan məlumat verib.

“Yük hər iki yola eyni vaxtda gəlib. Maşınların birində dərman və uşaq bezləri, Laçın dəhlizi ilə hərəkət edən yük maşınında isə un olub”, - Musaelyan deyib.

E.Musaelyan ümid etdiyini bildirib ki, əhalinin ehtiyaclarını ödəyə bilməsi üçün humanitar yardım müntəzəm xarakter daşıyacaq.

BQXK-nin Xankəndi “ofisi”nin qeyri-qanuni, rəsmi Bakının icazəsi olmadan fəaliyyət göstərməsi isə tamam başqa bir mövzudur, yəqin yaxınlarda bu məsələ ilə bağlı hüquqazidd addımlara son qoyulacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR