İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəki erməni evlərini zənginlərimiz alsınlar: Şəhid ailələrinə və Qazilərə...

ABŞ-da yaşayan politoloq Zaur Bayramlı Musavat.com üçün maraqlı bir şərh göndərib.

Həmin maraqlı şərhi oxucuların mühakiməsinə təqdim edirik.

Təklif edirəm ki, Azərbaycanın zənginləri, özəlliklə oliqarx-məmurlar hər birisi Xankəndindən xeyli sayda mənzillər alsınlar. Hətta orda qalan ermənilərin hamısını təşviq etmək üçün, həmin evlərə dəyərlərindən artıq pul ödəmək lazımdır. Bu metoddan bir vaxt yəhudilər istifadə etmişdilər. Belə ki, evlərini satmaq istəyən fələstinlilərə evlərin dəyərindən xeyli çox pul ödəyərək, başqalarını da şirnikləndirib, onların evlərini və torpaqlarını qanuni şəkildə alaraq, xeyli fələstinlinin Avropaya köçmələrinə nail olmuşdular.

Azərbaycan olaraq biz də da bu üsuldan istifadə edərək, Azərbaycanın Xankəndi və digər ərazilərində qalan ermənilərin dinc və könüllü şəkildə torpaqlarımızı tərk etmələrinə nail olmalıyıq.

Daha sonra həmin evləri sosial evlər olaraq dövlətin balansına keçirib, o bölgələrin Azərbaycanlı əhalisinə, orda yaşamaq istəyən Şəhid ailələrinə və Qazilərə vermək olar.

Qısacası, bu çibanın kökünü qanuni və dinc şəkildə, tədricən və dünyanı üstümüzə qaldırmadan qazımalıyıq.

Çünki bunların artıq iç üzlərinə bələdik. Bu xain sürüsü Azərbaycanda kompakt şəkildə yaşadıqca, zaman-zaman onlarla problemlər yaşayacağıq. Ona görə də erməni problemini sərhədlərimizdən kənara çıxardaraq, Ermənistanla sərhədlərimizi möhkəmləndirməliyik.

Məlumdur ki, biz hətta yaxın zamanlarda Ermənistanla sülh müqaviləsi imzalasaq da, istər dövlətlərarası, istər də xalqlarası münasibətlərin normallaşması üçün xeyli vaxt lazım olacaq.

Tarix boyu onun-bunun maşası rolunu məharətlə oynayan ermənilər istənilən anda İranın, Rusiyanın, Fransanın və Azərbaycanın inkişafından rahatsız olan başqa güclərin təhriki ilə bizə qarşı hər hansı bir xain planın içinə girə bilər.

Necə deyərlər, itlə dost ol, amma çomağı yerə qoyma!

 BAYRAMLİ.jpg (106 KB)

 Zaur Bayramlı, ABŞ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR