Onlayn ictimai-siyasi qəzet
Bu gün Qarabağda yaşayan ermənilərin bir hissəsi artıq bu əraziləri tərk edir. Yevlaxda Azərbaycan nümayəndələri ilə Qarabağda yaşayan erməni nümayəndələri arasında keçirilən görüşdə də bildirildiyi kimi, Qarabağ erməniləri bu ərazilərdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında yaşaya bilərlər. Bununla yanaşı, həmçinin vaxtilə evlərindən didərgin düşmüş azərbaycanlılar 30 ildən sonra Xankəndi, Xocalı, Ağdərə, Əsgərana qayıdırlar.
Maraqlıdır, görəsən, bu ərazilərdəki məktəblər bərpa ediləcək? Elm və Təhsil Nazirliyi həmin məktəblərə müəllim göndərilə bilər?
Musavat.com xəbər verir ki, Elm və Təhsil Nazirliyindən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərəcək yeni yaradılmış İşçi Qrupu tərəfindən müəyyən olunacaq tapşırıqlar əsasında Elm və Təhsil Nazirliyi müvafiq tədbirləri həyata keçirəcək.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ