İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fənərbağça" 30 milyonunu hazırladı: dünya ulduzunu transfer edəcək

Gələn mövsüm üçün transfer çalışmalarını davam etdirən "Fənərbağça"da diqqətçəkən hadisə yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sarı-lacivərtlilər" 2 ulduz futbolçu üçün ciddi şəkildə hərəkətə keçib.

Transfer xəbəri ilə bağlı təfərrüatlar belədir:

"Edin Zeko ilə yollar ayrılıb, Yussuf En-Nesirinin satılma ehtimalı da yüksəkdir. Bu səbəbdən "Fənərbağça" böyük ehtimalla iki yeni hücumçu transfer edəcək. Siyahının ilk sırasında isə Duşan Vlahoviç yer alır. Xüsusilə, yeni baş məşqçi Joze Mourinyo serbiyalı forveti komandasında görmək istəyir. Klub rəhbərliyi də bu transfer üçün bütün imkanları səfərbər etməkdə qərarlıdır.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, "Yuventus"un yeni idman direktoru Damien Komollinin ilk vəzifəsi Vlahoviçin gələcəyini müəyyən etmək olacaq. Yeni müqavilə imzalanması ehtimalının çox aşağı olduğu, buna görə də oyunçunun satışının qaçılmaz olduğu vurğulanır. "Fənərbağça" isə bu transfer üçün sabiq idman direktoru Komolli ilə danışıqlar aparmaq məcburiyyətində qalacaq.

İddialara görə, "bülbüllər" Vlahoviç üçün rekord sayılacaq 30 milyon avroluq təkliflə masaya oturmağa hazırdır. Digər tərəfdən, serbiyalı futbolçuyla Premyer Liqa klubları da maraqlanır. Xüsusilə "Nyukasl"ın onun vəziyyətini izlədiyi, lakin hələlik konkret təklif etmədiyi bildirilir. Vlahoviçin isə bir müddət ingilis klublarını gözlətmək istədiyi qeyd olunur.

 

"Fənərbağça"nın digər forvet namizədi Aleksandr Mitroviçin taleyi isə Viktor Osimhenin transferinə bağlıdır. Qalatasaray bu mövsüm icarə əsasında heyətinə qatdığı və çempionluqda böyük pay sahibi olan Osimhenin transfer haqqını almaq istəyir. Lakin bu transferdə əsas rəqib Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"dır. Əgər "Əl-Hilal" Osimheni transfer edə bilsə, Mitroviçin satışına razılıq veriləcək.

2023-cü ildə "Əl-Hilal"a transfer olunan Mitroviç iki uğurlu mövsüm keçirib. 30 yaşlı hücumçu 79 oyunda 68 qol vurub və 15 məhsuldar ötürmə edib. Serbiyalı ulduz 2026 Dünya Çempionatı öncəsi Avropaya qayıtmaq istədiyini klub rəhbərliyinə bildirib. "Əl-Hilal" da yerinə əvəzləyici tapılması şərti ilə bu istəyinə müsbət yanaşıb.

Mitroviçin meneceri, tanınmış agent Pini Zahavidir. O, eyni zamanda Leroy Saneni də təmsil edir. "Fənərbağça" Zahavi ilə əlaqə saxlayaraq, Mitroviçə olan marağını çatdırıb. "Əl-Hilal" Osimhenlə müqavilə imzaladığı təqdirdə, "sarı-lacivərtlilər" dərhal Mitroviç üçün hərəkətə keçəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR