Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, “Ukrainska Pravda” nəşrinin məlumatına görə, Rusiya ilə aparılan danışıqlarda müəyyən irəliləyişlər olsa da, Moskva prosesi uzatmaq üçün bilərəkdən ikinci dərəcəli mövzulara fokuslanır.
Mənbənin sözlərinə görə, danışıqlarda “aydın irəliləyiş” müşahidə olunsa da, Rusiyanın diqqətini əhəmiyyətsiz məsələlərə yönəltməsi vaxt udmağa və prosesə süni əngəl yaratmağa xidmət edir.
Həmin rəsmi şəxs qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) son “Hörümçək toru” adlı əməliyyatı Moskvanın reaksiyasına səbəb olub və Rusiya tərəfi bu addımların danışıqları pozmaq və döyüşləri davam etdirmək üçün əsas ola biləcəyini bildirib.
Bununla yanaşı, mənbənin bildirdiyinə görə, Rusiya tərəfi danışıqlarda əvvəlki mövqeyini dəyişməyib: “Tələblər əvvəlki kimidir – ilk növbədə Ukraynanın Kursk, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən çıxması, yalnız bundan sonra atəşkəs şərtləri müzakirə oluna bilər. Rusiyanın mövqeyi əvvəlki qədər sərt idi, lakin bu dəfə Ukrayna nümayəndə heyəti də eyni dərəcədə sərt mövqe sərgilədi. Kislitsa danışıqlarda Ukrayna tərəfinin qəbul etmədiyi mövqeləri aydın şəkildə ifadə edənlərdən biri olub”.
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ