Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medenski İstanbulda keçirilən danışıqlardan sonra verdiyi açıqlamada Ukraynadan 339 uşağın adının yer aldığı siyahını aldıqlarını bildirib.
O qeyd edib ki, bu uşaqların münaqişə səbəbilə çətin vəziyyətə düşdüyü iddia olunur.
Medenskinin sözlərinə görə, Rusiya bu uşaqları Ukraynaya yalnız onların valideynləri və ya qanuni nümayəndələri aşkarlandıqda geri qaytarır. O, Rusiya tərəfindən heç bir uşağın oğurlanmadığını vurğulayıb və bildirib ki, bu uşaqlar Rusiya hərbçiləri tərəfindən “xilas olunub”.
“Kiyev bu məsələdən Avropa auditoriyasına yönəlmiş emosional bir şou düzəldib”, – deyə Medenski bildirib.
O, həmçinin statistik rəqəmlərə toxunaraq qeyd edib:
“Əvvəl deyilirdi ki, Rusiya 1,5 milyon ukraynalı uşağı oğurlayıb. Sonra bu rəqəm 200 minə endi. İndi isə rəsmi rəqəm 20 mindir. Biz dəfələrlə bu məlumatların sənədlərlə təsdiq edilməsini istəmişik. Heç bir siyahı yox idi. İndi nəhayət ki, siyahı təqdim olunub – gördüyünüz kimi, orada 339 ad yer alır”.
Medenski onu da əlavə edib ki, son zamanlar Rusiya tərəfi 101 ukraynalı uşağı geri qaytarıb, Ukrayna isə cavab olaraq 22 uşağı təhvil verib.
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ