İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ukrayna İstanbulda daha bir məsələdə razılığa gəliblər – Medinski

İstanbulda Rusiya-Ukrayna danışıqlarından sonra ağır yaralıların və yaşı 25-dən az olan əsgərlərin mübadiləsinə dair razılıq əldə olunub.

Musavat.com xəbər verir ki, məlumatı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski açıqlayıb

O, jurnalistlərə razılaşmanın detallarını açıqlayıb: "Biz ən böyük, ən genişmiqyaslı mübadilə haqqında aşağıdakı düstura uyğun olaraq razılaşdıq: birincisi, bütün ağır yaralı və ağır xəstələrin hamısı hamı üçün prinsipi ilə dəyişdiriləcək. Bu, bizim tərəfimizdən humanitar bir jestdir. İkincisi, eyni düstura görə - hamı üçün – sayı mindən az olmayaraq 25 yaşına çatmamış gənc əsgərlərin mübadiləsi aparılacaq”.

Onun sözlərinə görə, mübadilə tavanı "daha yüksək ola bilər"; hazırda rəqəmlər dəqiqləşdirilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR