Onlayn ictimai-siyasi qəzet
Xandanyan: "Ümid edək ki, seçki danışıqlarda iştirak etməmək üçün səbəbə çevrilməz"
"Ümid edirəm ki, Azərbaycanda keçiriləcək seçki danışıqlarda iştirak etməmək üçün səbəbə çevrilməyəcək".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri deputat Sərkis Xandanyan deyib.
Xandanyan Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı yerli jurnalistlərin suallarını cavablandırıb.
Bütün bunların hansı daxili siyasi səbəblərdən irəli gəldiyini olduğunu deyə bilmərəm. Mənim üçün bu, gözlənilməz xəbər oldu. Bir az gözləmək və belə bir qərarın səbəbini anlamaq lazımdır”, - deyə Xandanyan söyləyib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ