İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən SON DƏQİQƏ AÇIQLAMASI: Putin Zelenski ilə görüşə hazırdır

Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodomir Zelenski ilə görüşməyə hazırdır, lakin ciddi hazırlıq olmadan belə danışıqlar uğursuzluğa məhkumdur.

Musavat.com xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RBC radiosuna müsahibəsində bildirib:

"Putin öz mövqeyini aydın şəkildə bildirib. O, görüşə hazırdır, lakin dəqiqləşdirib ki, mənası yalnız tərəflər ekspert səviyyəsində hazırlıq apardıqda olacaq. Bunsuz görüş daha çox PR aksiyasıdır, uğursuzluğa məhkumdur".

Putinin mətbuat katibi bildirib ki, Moskva Ukrayna nizamlanmasına paralel olaraq Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarıdır, lakin Vaşinqton hazırda bu prosesləri əlaqələndirir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR