İnsanlara hürriyət, millətlərə istiqlal!

Albert Aqarunovun vurduğu tankın komandiri Avşaryan ÖLDÜ

Azərbaycanın Milli Qəhrəmanı, mərhum Albert Aqarunovun vurduğu erməni tankının komandiri, polkovnik Qaqik Avşaryan ölüb.

Musavat.com xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı Avşaryanın idarə etdiyi 442 nömrəli T-72 tankı Şuşa yaxınlığında məhv edilmişdi.

Döyüşdə ekipaj üzvlərindən Aşot Avanesyan və Şahen Sarkisyan yerindəcə həlak olmuş, tank komandiri Avşaryan isə meydandan qaçaraq canını qurtarmışdı.

Məhz həmin tank sonrakı illərdə Şuşanın girişində simvolik şəkildə saxlanılıb. 2020-ci ildə şəhərin azad olunmasından sonra isə tarixi relikt kimi qorunan bu tank 2023-cü ildə Bakıya gətirilərək nümayiş etdirilməyə başlanıb.

Albert Aqarunov Azərbaycanın hərbi tarixinə adını qızıl hərflərlə yazdırmış qəhrəmanlardan biridir. Bakıdan çıxmış yəhudi əsilli qəhrəman tank komandiri cəsarəti, döyüşdəki rəşadəti və xalqına sədaqəti ilə hər kəsin sevgisini qazanmışdı. Onun vurduğu 442 nömrəli tank bu gün də həm qələbənin, həm də qəhrəmanlıq dastanının canlı xatirəsi kimi qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR