Onlayn ictimai-siyasi qəzet
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi Rusiyanın hərəkətləri nəticəsində yaranıb.
Muavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sarkis Xandanyan deyib.
Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi olsa belə, onları nə hakim qüvvə, nə də ölkənin hökuməti formalaşdırmır.
Erməni deputat Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin Türkiyə ilə sərhəddə görmək istəmədiyi ilə bağlı iddiaları təsdiqləyib.
“Ermənistan artıq onların mövcudluğuna ehtiyac olmadığını bəyan edərək, onların çıxarılmasını təklif edib. Bu proses başlayıb”, – deyə Sarkis Xandanyan qeyd edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ