İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko hakimiyyəti ona verəcək: osetin, “barıt iyi verən” adam...

Belarus rəhbəri bir daha varisi haqda danışdı, bir daha onu işarə etdi

“Belarusun gələcək prezidenti “barıt iyi alan” “güclü adam” olmalıdır”. Musavat.com Belarus mediasına istinadən xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko Milli Birlik Gününə həsr olunmuş iclasda deyib. Lukaşenkoya görə, Belarus cəmiyyətini yeni prezident haqqında müzakirələr açmaq və buna öyrəşdikmək niyyətindədir.

Varis axtarışından danışan Lukaşenko qeyd edib ki, o, potensial namizədlərə baxır, lakin hələlik belə bir yükün öhdəsindən gələ biləcək fərd görmür. Onun fikrincə, liderin yaradıcılığı anadangəlmə olmalıdır. “Mən həm də cəmiyyətdə gələcək prezidentləri axtarıram və onları görmək istəyirəm. Amma bir çox fərdləri nəzərdən keçirirəm və görürəm ki, bunu aradan qaldırmaq sadəcə qeyri-mümkün olacaq. Yeni bir insanın prezident olması üçün vaxt lazımdır, hətta onlar belə doğulmasalar da”, - o vurğulayıb.

O, ölkənin gələcəyi ilə bağlı açıq, lakin konstruktiv müzakirələrin vacibliyini vurğulayıb. “İnsanlar düşündükləri barədə açıq danışmalıdırlar. Sadəcə, hər şeyi pozmağa çalışmayın. Gəlin, bunu birlikdə müzakirə edək”, - Belarus lideri bildirib.

Növbəti prezidentin qadın ola biləcıyi haqda iddialara gəlincə, Lukaşenko zərif cinsə böyük hörmətini ifadə edib: “Mən qadınlara hədsiz hörmət edirəm və indi bir qadın prezident ola bilsə, şad olaram”. Lakin onun fikrincə, indiki mürəkkəb geosiyasi vəziyyət “mütləq güclü insan” tələb edir. “Bu mənim fikrimdir. Qadına hədsiz hörmət edən insan. Buna baxmayaraq, inanıram ki, bu gün onları bu “qaynar tavaya” atmaq olmaz” Lukaşenko deyib. O, izah edib ki, dövlət başçısının işi çox böyük məsuliyyət və gərgin işdir, şəxsi həyata yer qoymur. 

tpraug5pecj3hio4oohh9pthpycigptn.jpg (26 KB)

Dövlət başçısı ÜmumBelarus Xalq Assambleyasına gələcək siyasi sistemin sabitliyində xüsusi rol verib, onu “yaxşı çəkindirici vasitə” və demokratiyaya doğru atılan addım adlandırıb.

Bu qurum, prezidentin fikrincə, hər kəsin öz maraqlarına uyğun olaraq sistemi təkbaşına dəyişməsinin qarşısını alacaq.

Lukaşenko son illər birmənalı olaraq bəyan edib ki, onun övladlarından birinin prezident olacağı ilə bağlı iddialar yalandır: “Məndən sonra övladlarım prezident olmayacaq”. Son olaraq isə “Time” jurnalına müsahibəsində oğlu Nikolayın onun prezident kürsüsündə varisi olmayacağını deyib. Belarus lideri onu da etiraf edib ki, Belarusun növbəti rəhbəri ondan fərqli siyasət apara bilər. 

e949f10db5847fc9.jpeg (67 KB)

Maraqlıdır ki, son seçkisindən əvvəl Lukaşenko hakimiyyətdən getdikdən sonra varisinin kimin ola biləcəyi ilə bağlı maraqlı açıqlamalar vermişdi. Belarus prezidenti demişdi ki, özündən sonra hakimiyyətdə görmək istədiyi iki şəxs var. Onun sözlərinə görə, ölkənin lideri roluna uyğun namizədlərdən biri, o vaxt prezidentin köməkçisi olan Yuri Karayevdir. Digər namizəd isə o zaman Qrodno Vilayət İcra Komitəsinin sədri olan Vladimir Karanikdir. 

kramnik.jpg (54 KB)

Lukaşenkonun vaxtilə varis kimi gördüyü, “barıt iyi alan güclü adam” kimi indi yenə də işarə verdiyi Yuri Karayev milliyyətcə osetindir. 1987-ci ildə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Saratov Hərbi Daxili Qoşunlar İnstitutunu, 1996-cı ildə Frunze adına Akademiyanı bitirib.
Karayev Qomel vilayətində milis briqadasının komandiri, Bobruiskdə milis taboruna rəhbərlik edib. 2008-ci ilin oktyabrında Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı briqadasının komandiri olub. Bu vəzifəyə gəlməzdən əvvəl isə təxminən iki ay paytaxt Minskdə “OMON”-a rəhbərlik edib. 2009-cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəisinin birinci müavini vəzifəsini icra edib. 2019-cu ilin 11 iyunundan 2020-ci ilin oktyabrınadək Belarusun daxili işlər naziri olub. 2025-ci ildən isə Qrodno Vilayət İcraiyyə Komitəsinin sədridir. 

2z8w6ketp1za7228mf1iyptyuut3vz72.png (827 KB)

Vladimir Karanik isə 1973-cü ildə Qrodnoda anadan olub. 1996-cı ildə Qrodno Dövlət Tibb İnstitutunu bitirib. 2019-ci il 11 iyununda Belarusun səhiyyə naziri təyin edilib. Bu ilin mayından o da Belarus Elmlər Akademiyasının prezidentidir. Belə görünür ki, Lukaşenko hakimiyyəti bu məmurlardan birinə ötürmək fikrindən vaz keçməyib, böyük ehtimallas bu, Karanik ola bilər.

Yada salaq ki, bu ilin yanvarında Lukaşenko yenidən Belarus prezidenti seçilib. Seçicilərin 86,82%-i hazırkı prezidentə səs verib. Bu, onun yeddinci prezidentlik müddətidir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR