Onlayn ictimai-siyasi qəzet
Suriyada səfərdə olan Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ölkə prezidenti Əhməd əş-Şaara ilə görüş keçirib.
Musavat.com xəbər verir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri, İŞİD-lə mübarizə, sərhəd təhlükəsizliyi, iqtisadi vəziyyət və Suriyadakı qaçqınların könüllü şəkildə geri qayıdışı müzakirə olunub.
Tərəflər həmçinin bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün əməkdaşlığın vacibliyini vurğulayıblar.
Musavat.com
05 Noyabr 2025
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ