Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya dövlət səfərinə gedərkən qorxulu anlar yaşanıb.
Bloomberg-in məlumatına görə, prezidentin təyyarəsi – Air Force One – Nyu-York üzərində Spirit Airlines-a məxsus sərnişin təyyarəsi ilə təhlükəli dərəcədə yaxınlaşıb və insident yalnız son anda qarşısı alınaraq faciə baş verməyib.
Hadisə Long Island səmasında baş verib. Spirit Airlines-ın 1300 saylı uçuşu Fort Lauderdale-dən Boston istiqamətinə qalxarkən prezidentin təyyarəsi ilə eyni hava dəhlizinə daxil olub. Nəzarət dispetçerləri dərhal pilotlara xəbərdarlıq edərək kursu dəyişməyi tələb ediblər. Onların “diqqətli olun!”, “kursu 20 dərəcə sağa dəyişin!” və hətta “iPad-dən başınızı qaldırın!” kimi sərt çağırışları qara qutunun yazılarında da əksini tapıb.
Rəsmi açıqlamalarda bildirilir ki, uçuşlar arasında minimum təhlükəsizlik məsafəsi qorunub, amma insidentin özü artıq böyük bir təhlükə yaradıb. ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melania Tramp həmin anda təyyarədə olublar və London istiqamətində yola davam ediblər.
Ekspertlərin fikrincə, bu hadisə prezidentin uçuşlarının necə ciddi risklər daşıdığını bir daha göstərir. Əgər hava dispetçerləri saniyələrin içində müdaxilə etməsəydi, dünyanı sarsıdacaq faciə qaçılmaz ola bilərdi.
Beləliklə, ABŞ prezidenti Donald Tramp sözün əsl mənasında ölümdən dönüb – ölkənin birinci şəxsi ilə dolu təyyarə sərnişin layneri ilə havada toqquşmaqdan yalnız son anda qurtulub.
Musavat.com
18 Sentyabr 2025
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ