Onlayn ictimai-siyasi qəzet
Rusiya neftinin dəniz marşrutları ilə ixracı Ukrayna pilotsuz uçuş aparatlarının hücumlarından sonra kəskin şəkildə azalıb.
Musavat.com xəbər verir ki, “Bloomberg” agentliyi Rusiyanın 14 sentyabra qədər olan bir həftəlik dövrdə gündəlik orta ixracının 3,18 milyon barel olduğunu bildirir. Bu, əvvəlki həftə ilə müqayisədə 934 min barel azdır və 2023-cü ilin iyulundan bəri ən kəskin geriləmə hesab olunur.
Məlumata görə, ixracın əsas istiqamətləri üzrə göstəricilər də düşüb: Primorsk limanından gündəlik ixrac 730 min barelə, Ust-Luqa limanından 313 min barelə, Novorossiysk limanından isə 647 min barelə enib. Ümumilikdə həftə ərzində 29 tanker 22,26 milyon barel neft yükləyib, bu isə əvvəlki həftənin 28,79 milyon barel göstəricisindən xeyli azdır.
Agentlik ixracın azalmasını Ukraynanın Rusiya enerji infrastrukturuna yönəltdiyi PUA hücumları ilə əlaqələndirir.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ