Onlayn ictimai-siyasi qəzet
Yeni tədris ilinin başlanması ilə valideynləri ən çox düşündürən məsələlərdən biri də uşaqları üçün doğru bağçanı seçməkdir. Uşağın sağlam psixoloji və fiziki inkişafı üçün bağça seçimi olduqca önəmli qərardır.
Milli.Az xəbər verir ki, mütəxəssislər bağça seçimində yalnız yaxınlıq və ya aylıq ödənişə deyil, bir sıra əsas meyarlara diqqət yetirməyi tövsiyə edir.
Pedaqoqların sözlərinə görə, ilkin olaraq bağçanın lisenziyasının olub-olmamasına baxmaq lazımdır:
"Rəsmi qeydiyyatdan keçməyən, lisenziyasız fəaliyyət göstərən bağçalar uşaqlar üçün təhlükə yarada bilər. Əsasən sanitar-gigiyenik şərait, yemək keyfiyyəti, tərbiyəçilərin ixtisas səviyyəsi valideynlər tərəfindən yoxlanmalıdır.
Valideynlərin tez-tez yol verdiyi səhvlərdən biri də vizual görüntülərə aldanaraq bağçanın daxili sisteminə dərindən baxmamaqlarıdır. Yəni, sadəcə təmiz və rəngarəng otaqlar uşağın keyfiyyətli təhsil alacağına zəmanət vermir. Uşağın təhlükəsizliyi və sosial adaptasiyası da əsas faktorlardandır. Təhlükəsizlik kameralarının olması, giriş-çıxışların nəzarətdə saxlanması və uşaqlarla davranış standartları bağça seçimində xüsusi rol oynayır".
Psixoloqlar isə bildirirlər ki, bağça mühitinin uşağın xarakterinə uyğun olması onun sosiallaşmasında və gələcək təhsil həyatında mühüm rol oynayır. Əgər uşaq ilk mərhələdə bağça həyatından zövq almazsa, bu, uzunmüddətli psixoloji narahatlıqlara səbəb ola bilər.
Valideynlərə tövsiyə olunur ki, bağçanı seçməzdən əvvəl həm müəssisə rəhbərliyi ilə görüşsünlər, həm də bağçaya gedən digər valideynlərin rəyini öyrənsinlər.
18 Sentyabr 2025
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ