İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamneyinin bacısı qızı İranda həbs edilib

İranın ali dini lideri Əli Xamneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani dünya ictimaiyyətini ölkə hakimiyyəti ilə bütün əlaqələri kəsməyə çağırdıqdan sonra həbs edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Fransada yaşayan Mahmud Muradxani noyabrın 23-də bacısının həbsindən sonra əvvəlcədən lentə alınmış videonu yayıb.

"Azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, uşaqları öldürən bu qanlı rejimi dəstəkləməyi dayandırsınlar" deyə Muradxani burada yerli publikaya səslənib. Onun sözlərinə görə, iranlılar İran hakimiyyətini dəstəkləyənlərlə müharibə vəziyyətindədirlər. Fəridə Muradxani daha sonra demokratik ölkələri öz nümayəndələrini İrandan geri çəkməyə və “Tehranla istənilən sövdələşməni dayandırmağa” çağırıb.

Müraciətin nə vaxt lentə alındığı bəlli deyil.

Fəridə və Mahmud Muradxani oktyabrda dünyasını dəyişən və Xamneyinin bacısı ilə evli olan din xadimi və müxalifətçi Əli Tehraninin övladlarıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR