İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin bacısından etiraz MƏKTUBU: "Qardaşım İran xalqının səsinə qulaq asmır"

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bacısı, hazırda həbsdə olan Fəridə Muradxani anası Bədri Hüseyni Xamenei müraciətində qardaşından şikayətlənib.

Musavat.com xəbər verir ki, İranın ali dini lideri Xamneyinin bacısı indiki İran rejiminə qarşı fikirlər səsləndirib.

Bədri Xamenei məktubunda qardaşının "avtoritar idarəçiliyini" pisləyib. O, tezliklə İranda tiraniyanın devrilməsini görəcəyinə ümid edir.

Açıq məktubda o, Xomeyni və onun varisi Xamenei rejiminin iranlılara əzab və zülmdən başqa bir şey gətirmədiyini bildirib. “Qardaşım İran xalqının səsinə qulaq asmır və yalandan öz muzdlularının və pula meyilli insanların səsini İran xalqının səsi adlandırır”,-deyə o bildirib.

Onu da qeyd edək ki, Ayətullah Xameneinin qardaşı qızı bundan əvvəl İranda həbs edilib. Qadın etirazları dəstəkləyib və repressiyalara qarşı çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR