Onlayn ictimai-siyasi qəzet
İran kəşfiyyatı avqust ayında Suriya prezidenti Bəşər Əsədi hökumətinin devrilmə təhlükəsi barədə xəbərdar edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri ayətullah Əli Xamenei bildirib.
Onun sözlərinə görə, İran kəşfiyyatı Əsəd rejiminə qarşı çıxan qüvvələrin güclənməsi ilə əlaqədar olaraq, yüksək səviyyəli suriyalı rəhbərlərə xəbərdarlıqlar göndərib:
"Kəşfiyyatımız bir neçə ay əvvəl (Əsəd hökumətinin devrilməsindən əvvəl) Suriya rəhbərliyinə xəbərdarlıqlar göndərib. Mən dəqiq bilmirəm, bu mesajlar yüksək vəzifəli şəxslərə çatıb, yoxsa yox".
Xamenei İranın Suriya hökumətinin devrilmə ehtimalı barədə çox öncədən, təxminən 23 avqust ilə 21 noyabr tarixləri arasında Dəməşqə xəbərdarlıqlar göndərdiyini açıqlayıb.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ