İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei islam ölkələrinə ÇAĞIRIŞ ETDİ

İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei dünya müsəlman ölkələrini birləşməyə və İsraillə siyasi, iqtisadi əlaqələri məhdudlaşdırmağa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İranın yüksək vəzifəli rəsmiləri və Beynəlxalq İslam Birliyi Konfransının iştirakçıları şənbə günü İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüblər. Görüş Tehranda baş tutub.

Ayətullah qeyd edib ki, “sionist rejim həyasızcasına və açıq şəkildə Qəzza zolağı, İordan çayının qərb sahili, Livan və Suriyada cinayətlər törədir”. Müsəlman icması “daxili gücündən istifadə etməli, İsraillə siyasi əlaqələri məhdudlaşdırmalı və iqtisadi əlaqələri kəsməlidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR