Onlayn ictimai-siyasi qəzet
Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Altay Məmmədov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Zığ yolu və Sadıqcan küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə 8 Noyabr, Oksigen, Qədir Məmmədov, Altay Məmmədov, Qvardiya, Sadıqcan, Cavanşir və Ramiz Quliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ