İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya 896 Azərbaycan vətəndaşının sığınacaq istəyini rədd etdi

Bu ilin 9 ayı ərzində 1183 Azərbaycan Respublikası vətəndaşı Almaniyaya gələrək sığınacaq istəyib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinə (BAMF) istinadən məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, sözügedən dövrdə ümumilikdə 1417 Azərbaycan vətəndaşının işinə baxılıb. Onlardan yalnız 23 nəfər qaçqın kimi tanınaraq, Almaniyada yaşamaq icazəsi alıb. 461 iş üzrə prosessual tamamlamalar barədə qərar qəbul edilib.

Federal idarədən bildirilib ki, yanvar-sentyabr ayları ərzində ümumilikdə 896 Azərbaycan vətəndaşının müraciəti rədd edilib. 5 nəfərə isə, ailə birləşməsi əsasında Almaniyada yaşamaq icazəsi verilib. 9 nəfər barəsində verilən deportasiya qərarı götürülüb.

BAMF-ın məlumatında qeyd olunur ki, bu ilin oktyabr ayında xarici ölkə vətəndaşları tərəfindən Federal İdarəyə (BAMF) 19,785 ilkin sığınacaq müraciəti daxil olub. İdarə ümumilikdə 253,970-dən çox sığınacaq proseduru haqqında qərar qəbul edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 25.2 % azalma deməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR