Onlayn ictimai-siyasi qəzet
Yenidən ABŞ prezidenti seçilən Donald Trampın maliyyə naziri kimi mühüm posta namizəd irəli sürdüyü Skott Bessent ölkə tarixində belə yüksək vəzifəni tutacaq ilk homoseksualdır.
Musavat.com-un AP-yə istinadən məlumatına görə, Bessent tarixdə ilk açıq homoseksual maliyyə naziri, həmçinin ABŞ Senatı tərəfindən təsdiqlənən ilk LGBT Respublikaçı kabinet üzvü olacaq. 2021-ci ildə hazırkı nəqliyyat naziri Pete Buttigieg yuxarı palatada təsdiqlənən ilk açıq gey kabinet üzvü olmuşdu.
WSJ yazır ki, Bessent ABŞ Hərbi Dəniz Akademiyasına daxil olmaq istəyirdi, lakin cinsi oriyentasiyası barədə yalan danışmaq istəmədi. Bunun əvəzinə o, Yale Universtietinə getdi və maliyyəçi Corc Sorosun ilk ortağı Ceyms Rocerslə görüşdükdən sonra maliyyə bazarına yönəldi və tezliklə bu bazarın ən peşəkar oyunçularından birinə çevrildi.
Skott Bessent Nyu-Yorkun keçmiş prokuroru Con Frimana ərə gedib, onlar iki övlad böyüdürlər. Cütlük vaxtının çox hissəsini Cənubi Karolina ştatının Çarlston şəhərində keçirir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ