İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycanla bağlı yeni araşdırmlar toplusu nəşr edildi

Bu günlərdə “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” adlı elmi məqalələr toplusu yayınlanıb. Professor Vaqif Sultanlı və doktor İrəc İsmayılın hazırladığı, “Aveprint” nəşriyyatında yayınlanan kitabda Güney Azərbaycanın aktual problemlərinə həsr olunmuş müxtəlif məzmunlu araşdırmalar toplanıb.

Oxucuların mühakiməsinə verilən kitab yeni dünya düzənində Güney Azər¬baycanla bağlı tarixi, siyasi-ideoloji və ədəbi-kulturoloji problemlərə aydınlıq gətirilməsi məqsədilə hazırlanmışdır. Burada bir tərəfdən tarixi-siyasi, qarşı tərəfdən ədəbi-kulturoloji səpkili araşdırmalara yer verilmiş, bu isə problemin hərtərəfli müstəvidə dəyərləndirilməsinə imkanlar açmışdır. Tanınmış alimlərdən Cəmil Həsənli, Nəsib Nəsibli, Xaləddin İbrahimli, Almaz Əliqızı, Nizami Cəfərov, Nəsiman Yaqublu, Cavanşir Yusifli, Rza Talibi, Almaz Həsənqızı, Tohid Məlikzadə, Ənvər Uzun, Əli Şamil, Boran Əziz, Zaur Əliyev, Səadət Kərimi, Əhməd Sami Elaydi, Pərvanə Məmmədli, Faiq Ələkbərli və başqa müəlliflərin araşdırmaları Güney Azərbaycan probleminin fərqli yönlərinə diqqətin yetirilməsi baxımından diqqəti çəkməkdədir.

c9cca6b6-aa27-473e-865a-d0bdc4b77163.jpg (135 KB)

Vaqif Sultanlı və İrəc İsmayılın kitaba yazdığı “Güney Azərbaycan problemi çağdaş düşüncə axarında” adlı öz sözdə problemin aktuallığına diqqət çəkilir: “Çox təəssüf ki, demokratik dünya uzun illərdən bəri şovinist İran fars rejiminin basqıları altında inləyən, hər cür insani hüquqlardan məhrum olan, dar ağacına sürüklənən, məhbəslərdə, sürgünlərdə ağır işgəncələrdən ölümə tərk edilən, qür¬bətdə can verən Güney Azərbaycan Türklərinin taleyinə hələ də səssiz qalmaq¬dadır. Dəqiq olmayan statikstik bilgilərə görə, İran bu gün dünyada edamların sayına görə ilk yerdə dayanan dövlətlər sırasındadır. Ölkədə narkotik alveri adı altında məhkum edilən, dar ağacından asılan gənclərin böyük əksəriyyəti siyasi fəaliyyətlə məşğul olan şəxslərdir”. “Ön söz”də daha sonra Güney Azərbaycan probleminin çözüm yolları ilə bağlı məsələlərərə aydınlıq gətirilir: “Güney Azərbaycan probleminin həlli bölgə dövlətləri ilə bağlı əsrlərdən bəri həllini gözləyən bir sıra ortaq siyasi məsələlərin çözülməsinə imkan verəcəkdir. Başqa sözlə, Güney Azərbaycanın bağımsızlıq qazanması ilə yad güclərin əlilə parça¬lanmış vahid xalqın birləşərək gələcəkdə yaratmış olacağı Bütöv Azərbaycan dövləti bütünlükdə Şərqin taleyində həlledici rol oynacayacqdır”.

Kitaba daxil edilən, mövzu-problem baxımından çeşidli olan, biri digərini tamamlayan məqalələr Azərbaycan araşdırıcıları ilə yanaşı, Türkiyə və Misir alimlərinin əsərlərini də əhatə etməkdədir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR