Onlayn ictimai-siyasi qəzet
“Son üç-dörd gündür atamın vəziyyəti ağırlaşıb”.
Bunu açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı deyib.
O bildirib ki, Ənvər Həsənov hazırda özündə deyil, hərəkət qabiliyyətini tamamilə itirib:
“Xəstəxanadan evə buraxılandan sonra bizim köməyimizlə evdə hərəkət edə bilirdi. İndi tamamilə hərəkət etmir, huşu da yerində deyil. Təzyiqi 260-a qalxır, dərmanla, iynə ilə aşağı salırıq. İki gündür bədən hərarəti də yüksək olur. Heç bir şey yemir”.
Xalq artistinin qızı Ənvər Həsənovu yenidən xəstəxanaya yerləşdirmək barədə qəti qərara gəlmədiyini bildirib:
“Bibilərimlə məsləhətləşdik ki, xəstəxanaya aparmayaq. Vəziyyəti son dərəcə kritikdir. Bunu demək mənim üçün çox çətindir. Amma xəstəxanada vəfat etməsini istəmirik. Nə olursa, öz evində olsun. Axşam həkimlər gələcəklər. Son olaraq onlarla da məsləhətləşib bir qərara gələcəyik”.
Xalq artisti Ənvər Həsənovun sağlamlıq vəziyyəti
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.\\APA
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ