Onlayn ictimai-siyasi qəzet
Fransa öz mustəmləkələrində sərt və aqressiv siyasət həyata keçirir. Buna baxmayaraq, müstəmləkələr öz azadlıqlarını, müstəqilliyini tələb edir və bu xüsusda bir sıra nümayişlər həyata keçirilir.
Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Korsikada "Nazione" hərəkatı üzvlərinin fəallığı da bu xüsusda seçilir:
"Onların əsas məqsədi insan haqlarının tanınması və insanlara münasibətdə beynəlxalq hüquqdan irəli gələn, humanitar hüququn tələblərinin yerinə yetirilməsidir. Rəsmi Paris onlara qarşı öz gücünü və sərt üzünü tətbiq etməkdədir. Bu proses sistematik şəkildə icra olunduqca korsikalılar da öz hüquqlarını daha qəti şəkildə tələb edirlər. Fransa bütün dünyaya demokratiya dərsi keçməyə çalışır, insan haqlarının, demokratiyanın, beynəlxalq hüququn, qanunun aliliyinin yerinə yetirilməsi ilə bağlı çıxışlar edir, lakin özünün atdığı addımlar, aqressiv şüurun, radikal düşüncənin tətbiqi göz önündədir. Məhz bu qarşıdurmalar və ziddiyyətli yanaşmalar fonunda korsikalılar öz azadlıqlarını qəti surətdə tələb edirlər".
Politoloq qeyd edib ki, müstəmləkə xalqlar eyni zamanda artıq təbii resursların, mineral ehtiyatların istismarına qarşı çıxırlar.
O vurğulayıb ki, səhiyyə sahəsində tədqiqatlar, nüvə sahəsində araşdırmalar qeyri-insani və bəşəriyyət əleyhinə cinayətlər hesab olunur. Politoloq düşünür ki, Fransanın müstəmləkələr üzərində hayata keçirdiyi siyasət tamamilə qanunsuzdur. "Fransa kimi özünü mütərəqqi və bəşəri dəyərlərin daşıyıcısı hesab edən dövlət iç üzünü gün keçdikcə daha aydın göstərməkdədir".
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ