Onlayn ictimai-siyasi qəzet
“Avropalılar Azərbaycana qarşı sanksiyalar tətbiq etmək fikrində olmadıqlarını, başqa sözlə, Ermənistana kömək etmək niyyətində olmadıqlarını gizlətmirlər. Bununla belə, Ermənistana xeyli vəsait göndərilir ki, yerli təbliğatçılar və “şamanlar” fəal şəkildə hamını Avropanın bizə kömək edəcəyinə inandırsınlar”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
“Problem ondadır ki, ermənilər bütün bu təbliğatçıların və şamanların hipnozu altındadır. Rusiyanın Ermənistandan birdəfəlik sıxışdırılmasının nə ilə nəticələnəcəyi ilə bağlı dəqiq fikir yoxdur. Ümumiyyətlə, indiki hakimiyyətin xarici siyasət xətti biopolyar pozğunluğu xatırladır, bir söz deyirlər, beş dəqiqə sonra tam əksi baş verir, nəticədə ölkənin real müttəfiqləri qalmır”, - deyə o, yerli “Oragir” proqramının efirində bildirib.
Balanslaşdırılmış siyasətə misal olaraq Xaçikyan Türkiyə və Azərbaycanın fəaliyyətini göstərib.
“Düşmənlərimizdən öyrənəcəyimiz çox şey var. İlham Əliyevin Putinlə əla münasibətləri var, Azərbaycan Rusiyanın müttəfiqidir, lakin bu, ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsinə bir dəqiqə belə mane olmur, Azərbaycanın Aİ ilə də çox gözəl münasibətləri mövcuddur”,-deyə erməni ekspert söyləyib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ