İnsanlara hürriyət, millətlərə istiqlal!

XAÇ aturyanın XAÇ ataları

Meşəli soyqırımının təşkilatçı və icraçılarından biri Vaqif Çerkezoviç Xaçaturyanın Beynəlxalq Qırmızı Xaç Təşkilatının maşınında Ermənistana qaçarkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb həbs edilməsi Ermənistanda böyük hay-küyə səbəb olub.

vaqif son.jpg (55 KB)

Ermənistan XİN bəyanat yayıb, QHT-lər şivən qaldırıb, İrəvanda mitinqə başlayırlar.

Məncə, ağlaşma qurmaqdansa, Ermənistanda belə həbslərə yavaş-yavaş öyrənməlidirlər. Çünki Vaqif Xaçaturyan kimi digər canilər də saxlanılacaq, mühakimə olunacaq, həbs ediləcəklər. Cinayət cəzasız qalmamalıdır və qalmayacaq. İndi xəstəyəm, deyib göz yaşı tökən qoca quldur gərək bu aqibətini 32 il öncə Meşəli kəndində qətliam törədəndə, məktəb şagirdləri də daxil olmaqla kənd sakinlərini yandıranda, güllələyəndə düşünərdi.

meseli.jpg (31 KB)

Vaqif XAÇ aturyanın XAÇ atası və şefi olmuş daha "böyük kaliberli" cani Samvel Babayan isə müsahibə verərək məni də tutacaqlar, deyir və Azərbaycandan ümumi əfv, amnistiya istəyir. Bəlkə də, dünyada belə təcrübələr olmuşdir. Bəs qətlə yetirdikləri, əzab, işgəncə verdikləri Meşəli sakinlərinin əzablarının bədəlini kim və nə ilə ödəyəcək?

Xaçaturyanın başqa bir yöntəmdə XAÇ atası da Laçın yolundan humanitar yük adı altında təxribat karvanının keçirilməsinə dəstək üçün qərbdən gəlmiş bir sürü siyasətbazlardır. Elə Xaçaturyanın saxlanılması faktının özü bir sübutdur ki, Laçın yolu açıqdır və Azərbaycanının sərhəd-nəzarət buraxılış xidməti Qarabağdan Ermənistana gedənlərə qanun daxilində şərait yaratmışdır. O ki, qaldı ermənilərin XAÇ atalarının qarınlarının ağrısına ki, niyə Ermənistandan gələn maşın karvanı Qarabağa buraxılmır, - bu oyunlara da son qoymağın vaxtı çatmışdır. Hər kəs bilməlidir ki, Azərbaycan suveren dövlətdir və onun ərazisinə yalnız bu dövlətin müəyyən etdiyi qaydalar və şərtlər çərçivəsində daxil olmaq mümkündür. Digər tərəfdən, Azərbaycana heç bir ölkənin, xüsusi ilə də, özü yardım dilənən Ermənistanın humanitar yardımı gərək deyildir. Eyni zamanda, aydın şəkildə hər kəsə bəyan edilib ki, humanitar yardım Ağdam-Xankəndi yolu ilə aparılacaq. Əgər Avropadan tökülüb gələn deputatlar və digər siyasilər bu sadə həqiqəti anlamırsa, yaxud anlayıb qəbul etmirlərsə, deməli niyyət heç də Qarabağdakı ermənilərin halına ağlamaq məsələsi deyil.

XAÇ aturyanların başqa bir XAÇ atası isə çoxdan gorbagor olmuş ATƏT-in Minsk qrupunu diriltmək istəyənlərdir. Onlar da anlamalıdır ki, qəbiristanlıqdan ölü geriyə qayıtmır, xüsusi ilə dəfn edilib, məzarının üstü sulandıqdan sonra!

Qırmız XAÇ ın da XAÇ aturyana cici-bacılıq eləməsi şübhəli məqamlardan xəbər verir.

xacc.jpg (110 KB)

Gəlindən qabaq dingildiyə-dingildiyə bəy evinə yüyürən yengə kimi Qirmızı Xaç nə yaman tələsir Xaç aturyanın görüşünə?

Qorxmayın, azərbaycan xalqı ermənilər kimi deyil, dövlətimiz də beynəlxalq hüquqa və normalara hörmətlə yanaşır. O cümlədən, cinayətkarla davranış qaydalarına da əməl edib həmişə.

XAÇ aturyan Bakıya gətirilən kimi müayinə və müalicə olunmaq üçün hospitala yerləşdirilib, humanist Azərbaycan həkiminin nəzarəti altındadır.

Əli qırmızı qanımıza batan XAÇ aturyanları gecə ikən ziyarət edən qırmızı XAÇ lılar 1991- 94 cü illərdə harada idi?

Hər elmə vaqif olan qırmızı XAÇ niyə demir ki, 4 min əsir və girov azərbaycanlıdan indiyə qədər bir xəbər yoxdur.

Qarabağda toplu məzarlıqlarda aşkar olunan sümüklərdən utanmır görən bu XAÇ lı sümsüklər?

Qırmız xaç buralarda ikən bir Meşəli sakinlərini də dinləsin.

meseli son.jpg (116 KB)

Çox da uzağa getməsinlər, elə buralarda hərlənsinlər, bir azdan digər cani və qatilləri də yaxalayıb gətirəcəyik.

XAÇ aturyan əli-qolu bağlı gətirildi, Xocalı qatili Xaçaturu da gətirəcəyik, XAÇ aturla birlikdə digər qatilləri də, "Ruhumuzun dirçəlişi" adlı "əsəri"ndə törətdiyi qanlı cinayətlərdən bir sadizm xəstəsi kimi həzz ala- ala bəhs edən Zori Balayanı da!
Qarabağ separatizminin, eləcə də Xocalı soyqırımının ideoloqu, təşkilatçısı və iştirakçısı olan cəllad Balayan yazırdı:

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz on üç yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk usağı çox səs-küy salmasın deyə, Xaçatur usağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu usağın başından, sinəsindən və qarnından dərisini soydum".

Bu qansız cinayətləri, vəhşilikləri törədənlər düşünmürdülər ku, o əlsiz- dilsiz körpənin, o köməksiz ananın ah- naləsi yerdə qamayacaqır. Bilmirdilərmi ki, qisas qiyamətə qalmaz və QURD qisasının dalınca qiyamətə qədər gedəcəkdir!
Bilmirdilərsə, indi bilsinlər: həmin gün gəlib!

Caninin adının Vaqif, yaxud Vaqan, ata adının Çerkezoviç, yaxud Vazgenoviç olmasının heç bir əhəmiyyəti yoxdur. Amma XAÇ atur soyadında bir mistik simvolizm vardır: Hamısını xaç birləşdirir. Amma xaç ALLAH dan yuxarıda deyil! ... Heç Bayraktarlardan da!!!

quli.jpg (47 KB)

Musa Urud, millət vəkili

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR