İnsanlara hürriyət, millətlərə istiqlal!

X Frederik Danimarkanın yeni kralı olub

Anası II Marqretin taxtdan imtinasından sonra Danimarkanın yeni kralı X Frederik olub.

DR telekanalının verdiyi xəbərə görə, II Marqret bu gün Kristiansborq sarayında keçirilən mərasimdə taxtdan imtina barədə sənədə imza atıb.

Bununla da X Frederik rəsmən yeni kralı olub.

Qeyd edək ki, II Marqret 52 il Danimarkanın kraliçası olub. 83 yaşlı kraliça Yeni il müraciətində bildirib ki, taxtdan imtina edəcək.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR