Onlayn ictimai-siyasi qəzet
Bu gün Vyanada ATƏT PA-nın İpək Yolu Qrupunun sayca 15-ci iclası keçirilib və Qrupun sədri Azay Quliyev çıxış edərək toplantının əhəmiyyətini vurğulayıb.
Musavat.com xəbər verir ki, Azay Quliyev İpək Yolu Qrupunun 27 üzv ölkə arasında ticarət, iqtisadiyyat, əlaqələndirmə və mədəni mübadilə sahələrində dialoq və əməkdaşlığı təşviq edən mühüm platforma kimi fəaliyyətini uğurla davam etdirdiyini diqqətət çatdırıb və Qrupun fəaliyyətinə daimi dəstək verdiyinə görə ATƏT PA prezidenti Pia Kauma və ATƏT PA Baş katibi Roberto Montellaya xüsusi təşəkkürünü bildirib.
ATƏT PA-nın Prezienti Pia Kauma və Baş katibi Roberto Montella İpək Yolu Qrupunun alternativ parlament diplomatiyası və əməkdaşlıq platforması kimi fəaliyyətini yüksək qiymətləndirib.
İclasda Monteneqro Parlamentinin mayın 5-7-də Dubrovnikdə Qrupun Beynəlxalq Parlament Konfransına ev sahibliyi edəcəyi rəsmən elan olunub. Monteneqro Parlamenti sədri Andriya Mandiçin dəvət məktubu təqdim edilib, Qrup adından təşəkkür ifadə olunub. Bu məsələ iclasın gündəliyinə daxil edilib və Monteneqro nümayəndə heyətinin rəhbəri Yelena Nedoviç konfransın konsepti, proqramı və təşkilati hazırlıq səviyyəsi haqqında təqdimatla çıxış edib.
ATƏT PA-nın İpək Yolu Qrupunun “Qitələri Birləşdirmək: Dayanıqlı Turizm, Təmiz Enerji və Ekoloji Tarazlıq naminə Müqavimətli Gələcəyin Qurulması” mövzusuna həsr olunan V Beynəlxalq Parlament Konfransının bu ilin mayın 5-7-də Budvada keçirilməsi haqqında qərar qəbul olunub.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ